Müsəlmanlar
Üç aylarda ölənlər nə vaxt haqq-hesab edilirlər?

Üç aylarda ölənlər nə vaxt haqq-hesab edilirlər?

Sual: Məşhur 3 aydan birində ölən bir insan nə vaxt haqq-hesaba çəkilir? Basdırıldıqdan dərhal sonra, yoxsa 3 aylar başa çatdıqdan sonra?

Cavab: İslam dinində “üç aylar” deyilən bir şey yoxdur. Məsələnin əsli bundan ibarətdir ki, Rəcəb, Şaban və Ramazan aylarına el-oba arasında üç aylar deyilib və bu, zaman keçdikcə adət halına gəlib.

Hamı bilir ki, Ramazan ayı mühüm bir aydır. Ancaq o biri aylarda olmayan, sadəcə olaraq Rəcəb və Şaban aylarına məxsus olan hər hansı bir ibadət növü yoxdur. Təkcə Şaban ayı peyğəmbərimizin (s. a. v.) tez-tez oruc tutduğu bir ay olub. Buna görə də həmin ayda müstəhəb oruc tutmaq olar.

Bu 3 ayda ölməklə o biri aylarda ölməyin arasında bir fərq yoxdur. Ölən hər şəxs eyni qaydada sorğu-sual edilib haqq-hesaba çəkilir. Bunun üçün hər hansı bir vaxtın başa çatmağı gözlənilmir.

Bu məsələlərlə əlaqədar olaraq saytımızda başqa bir sual-cavab da var. Buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1192.html

Məşhur 3 ay, qəndil və qəndil gecələri ilə geniş məlumat almaq üçün isə aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qendil

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.