Müsəlmanlar

Müsəlman olmayanların salamını almaq olar?

Sual: Qeyri-müsəlmanlar, o cümlədən xaricdə yaşayan və bizim dilimizi bilən əcnəbilər bəzən bizə: “Salam əleyküm”, - deyib salam verirlər. Onların salamını almaq olar? Əgər dini cəhətdən bir problem yoxdursa, salamlarına cavab kimi nə deməliyik?

Cavab: Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə deyib:

“Kitab əhli (əhli-kitab) olanlar sizə salam verdikləri vaxt onlara belə deyin: “Və əleyküm”. ((Buxari, İstizan, 22, Mürtəddin, 4; Müslim, Salam, 6-9. Hədisi Ənəs (r. a.) rəvayət edib.))

Müslimin hədis külliyatındakı hədislərin birində belə bir rəvayət var:

Əshabələr bir gün peyğəmbərdən soruşurlar ki, kitab əhli olanlar bizə salam verirlər, bəs biz onların salamını nə cür alaq?

Peyğəmbər bu suala cavab olaraq belə deyir:

“Və əleyküm”, – deyə cavab verin.

Bu məsələ ilə əlaqədar olan çoxlu hədis rəvayəti mövcuddur. Həmin hədislərin əksəriyyətinin mənası eynidir. İslam alimləri bu məsələdə həmfikirdirlər. Belə ki, əhli-kitab olan yəhudi və xristianlar müsəlmanlara salam verdikləri vaxt onların salamını almaq lazımdır. Lakin burada mühüm bir xüsusu diqqətdən qaçırmamaq lazımdır. Bu salam verənlərin çoxu kəlimələri təhrif edərək salam verirdilər və əsasən belələrinin salamına: “Və əleyküm”“əleyküm” formasında cavab verilməlidir. Alimlərin fikri belədir. ((Mənbə: M. Yaşar Kandemir, İ. Lütfi Çakan, Raşit Küçük, Riyazu’s-Salihin Tercümesi ve Şerhi, 2-ci cild, hədis nömrəsi 869.))

Lakin bizə hörmət bəsləyən və hər hansı pis niyyəti və kəlimə təhrifi etməyən hər hansı din mənsubuna ya da dinsizə normal şəkildə verdiyi salama ya da öz dilində ifadə etdiyi görüşmə tərzinə biz daha gözəl şəkliylə qarşılıq verməliyik. Qurani Kərimdə bu barədə belə buyurulur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.”(Nisə 4/86).

Gördüyümüz kimi ayədə müəyyən bir din (İslam) mənsubundan deyil, hər hansı bir şəxsdən bəhs edilir.

Salam barədə ətraflı məlumatı aşağıdakı video dərsdən ala bilərsiz:

Salamın əhəmiyyəti.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.