Sual: Allaha şükür, nəhayət ki, bizim bir oğlumuz dünyaya gəldi. Ona bütün valideynlər kimi, münasib bir ad qoymaq istəyirik. Məlumdur ki, Batin Allah Təalanın adlarından biridir. Uşağa bu adı təkbaşına qoymaq olmaz. Görəsən, oğlumuzun adını Məhəmməd Batin qoya bilərik? Bunun dini baxımdan bir eybi var?
Cavab: Əl-Batin Allahın ən gözəl adlarından biridir, yəni, əl-əsmaul-hüsnadandır. Mənası “gözlə dərk edilə bilməyən, zaman və məkana nisbət oluna bilməyən və hər cəhətdən tək və yeganə olan”, “bütün gizli şeyləri bilən”, “məxluqata hər cür nemət bəxş edən” deməkdir.
Siz də bilirsiniz ki, bu kimi xüsusiyyətlər ancaq Allaha məxsusdur. Ona görə də Batin adını uşaqlara qoymaq olmaz. Əgər mütləq bu adı qoyacaqsınızsa, sözün əvvəlinə “abd” ifadəsini əlavə edə bilərsiniz. Yəni, “Abdulbatin” formasında işlədə bilərsiniz. Abdulbatin “Batin olan Allahın bəndəsi, qulu” deməkdir.
Uşaqlara Allah Təalanın adlarını qoymaqla əlaqədar sual-cavabla burada tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1695.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.