Müsəlmanlar
Əlində əmanət pul olan adam pulu itirsə, o pulu yiyəsinə özü ödəməlidir?

Əlində əmanət pul olan adam pulu itirsə, o pulu yiyəsinə özü ödəməlidir?

Sual: Bir-biri ilə dost olan 2 nəfər var. Bu dostlardan biri öz çekini banka gedib, pula çevirtdirmək üçün müvafiq əməkdaşa verir. Dostu, yəni, bu iki nəfərin o birisi bir gün vədəsi olan çekini bankdan pul almağı üçün dostuna verir. Dostu isə həmin çeki yenə eyni əməkdaşa verib deyir: “Sən onsuz da banka gedirsən. Al, bu çeki də pula çevir”. Bir gündən sonra bu işlə məşğul olmalı olan əməkdaş banka gedir və ancaq bircə çeki pula çevirtdirib, geri qayıdır. İş yerinə qayıtdığı vaxt, yəni, yolda naməlum şəxslər tərəfindən soyulur. Başqa sözlə desək, naməlum şəxslər onu yolda soyub, pulu əlindən alırlar. Özləri də qaçıb, aradan çıxırlar. Hər iki dost bu hadisənin həqiqətən də, baş verdiyinə, yəni, ortada bir yalan və fırıldaq olmadığına inanırlar. Belə olan halda, əldən gedən pulu öz yiyəsinə kim ödəməlidir?

Cavab: İki dostdan biri öz çekini müvafiq əməkdaşın vasitəsilə pula çevirtdirdiyinə görə o biri çeki də ona verməkdə səhv etməyib. Yəni, onun bu addımında bir qəbahət yoxdur. Bu çek həmin şəxsin əlində əmanətdir. Əgər haqqında danışdığınız əməkdaşın bu məsələdə hər hansı bir qəbahəti yoxdursa, yəni, həqiqətən də, yolda soyulubsa, həmin pul çekin yiyəsindən oğurlanmış hesab olunur.

Məcəllənin ((Osmanlı dövlətində 1869-1876 illəri arasında Əhməd Cövdət paşanın başçılıq etdiyi bir heyət tərəfindən hazırlanaraq qəbul edilən qanunlar toplusu. Müsəlman dünyasında ilk və ən mühüm mülki hüquq külliyyatı kimi qəbul edilən bu məcəllə bəzi mübahisəli məsələlər istisna olmaqla, tamamilə Hənəfi məzhəbinin fiqh qanunlarına əsasən hazırlanmışdır. Bir müqəddimə, 16 kitab və 1851 maddədən ibarətdir.)) 768-ci maddəsi aşağıdakı kimidir:

“Əmanət məzmun deyil. Yəni, əminin sun və təqsiri olmadan tələf və ya zay olduğu təqdirdə zəman ((ضمان : bir şeyin misliyatda isə mislini, qiyəmiyyatdan isə qiymətini vermək.)) lazım gəlmir”.

Ömər Nasuhi Bilmənin Hukuki İslamiyyə və İstilahati Fiqhiyyə Qamusu adlı əsərinin 4-cü cildinin 148-ci səhifəsində belə deyilir:

“Əmanətlərin ümumi hökmlərindən biri də məzmun olmamaqdır. Yəni, əmin olan ((Etibarlı, mötəbər.)) şəxsə özünün yanında təaddisi və təqsiri olmadan tələf və ya zay olan bir əmanət malı təzmin etmək, əvəzini vermək lazım gəlməz. Bu tələf və itki istər sirqət ((Oğurluq.)) kimi qaçılması mümkün bir səbəbə görə və istərsə, həriqi-qalib ((Kütləvi yanğın.)) kimi qaçılması mümkün olmayan bir səbəbə görə olsun, müsavidir. ((Eyni səviyyədədir, bərabərdir.))

İmam Əli həzrətləri: “Çobanın üzərində və etibarlı qəbul olunan şəxsin üzərində zəman lazım deyil”, – deyə, buyurub. Əsas odur ki, əmanətə xəyanət etməmiş olsun”.

Yəni, əmanətə xəyanət etdiyi üzə çıxmadıqca əmanətçinin əlində tələf olan mal təzmin edilmir. Başqa sözlə desək, ona ödətdirilmir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.