Müsəlmanlar

Qızıma Yusuf peyğəmbərin qızının adını qoya bilərəm?

Sual: Mən bu yaxınlarda bir qız anası olacağam. Uşağın adını Menasse qoymaq istəyirəm. Eşitmişəm ki, Yusuf peyğəmbərin qızının adı Menasse olub. Amma bunu dəqiq bilmirəm. Görəsən, bu adın mənası nədir? Uşağa belə ad qoymağın dini cəhətdən bir eybi var?

Cavab: Tövratın Yaradılış (41/51) fəslində qeyd edilir ki, “yaddan çıxartdıran, unutduran” mənasını verən Manasse (yəhudilərin fikrincə Menaşe olmalıdır) Yusuf peyğəmbərin qızının deyil, əksinə, Asenat adlı arvadından dünyaya gələn oğlunun adıdır.

Unutmayın ki, bizim adət-ənənələrimizdə belə bir ad yoxdur. Başqa sözlə desək, bizdə uşaqlara belə adlar qoyulmur. Həm də uşağınız adının ucbatından gələcəkdə çətinlik çəkib, narahat ola bilər. Ona görə də qızınıza mənası milli adət-ənənələrimizə, eləcə də dinimizə uyğun gələn münasib adlardan birini qoymağınızı tövsiyə edirik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.