Sual: Anal seks haramdır? İslam dinində buna necə baxılır? Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? Əgər varsa, bu məhdudiyyət nədən ibarətdir? Mən eşitmişəm ki, anal sekslə məşğul olanlar ömür boyu cənabət (cünub) qalacaqlar. Bu düzdür?
Cavab: Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:
“Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər”.
“Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/222).
Ayədəki tarla sözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.
Bu məsələ ilə əlaqədar hədislərə baxdığımız vaxt peyğəmbərimizin də bu cür cinsi əlaqəni qadağan etdiyini müşahidə edirik:
“Arvadı ilə tərs yoldan cinsi əlaqəyə girənlər Allahın rəhmətindən uzaq qalırlar”. ((Əbu Davud, Nikah, 45; Əhməd ibn Hənbəl, 2/444.))
“Qadınlarınızla tərs cinsi əlaqəyə girməyin. Allah doğru olanı deməkdən çəkinməz”. ((Tirmizi, Rəda-a, 12.))
“Allah bir kişiyə və ya qadına arxadan yaxınlaşan kəsə rəhmət (mərhəmət) nəzəri ilə baxmaz”. ((Tirmizi, Rəda-a, 12; İbn Macə, Nikah, 29.))
“Bir kişinin arvadı ilə tərs cinsi əlaqə qurması kiçik lutilikdir (homoseksual olmaq, xalq dilində petuxluq)”. ((Əhməd ibn Hənbəl, 2/182.))
Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir.
Tərs cinsi əlaqə haram olsa da, “bunun ucbatından ömür boyu cənabət qalmaq” barədə söhbət gedə bilməz. Tövbə etmək və bu əməli bir daha təkrar etməmək lazımdır.
QEYD: Yuxarıdakı ayələrə (Bəqərə surəsinin 222 və 223-cü ayələri) Azərbaycan dilində aşağıdakı kimi məna verilmişdir (Mənbə: http://www.quran.az saytı):
1) Əlixan Musayev-in tərcüməsi:
– 222. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
– 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.
2) Ziya Bünyadov və Vasim Məmmədəliyev-in tərcüməsi:
– 222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!
– 223. (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.