Sual: Həccə getmək üçün müəyyən şərtləri yerinə yetirdikdən sonra Səudiyyə Ərəbistanı Krallığının Allah Təalanın vacib etdiyi bu ibadətə mane olmağı nə dərəcədə düzgündür?
Cavab: Səudiyyə Ərəbistanı kiminsə Həcc ibadətini yerinə yetirməyinə mane olmur. Sayı təxminən 1,5 milyard olan müsəlmanların hamısına eyni vaxtda Həcc üçün icazə verilməyini düşünmək mümkün deyil.
Məkkə şəhərinin tutum və imkanları məlumdur. Əvvəlcədən elan olunan normadan əlavə hacı qəbul etmək həm ibadətlərin yerinə yetirilməsində çətinliyə səbəb olur, həm də tünlük və izdiham ucbatından ölümlərlə nəticələnir.
Buna görə də hər müsəlman ölkəyə əhalisinin mində biri nisbətində kvota ayrılıb. Bunun belə, bəzi hallarda dəhşətli dərəcədə tünlük və izdihama, eləcə də yaralanma və ölümlərə səbəb olduğunu müşahidə edirik.
Nəticə etibarilə görülən işlərə bu cür yanaşmaq və barəsində həqiqi mənada məlumatlı olmadığımız məsələlərdə ayrı-ayrı şəxs, təşkilat və dövlətləri mühakimə etməməliyik.