Müsəlmanlar
Bərat qəndilində nə qədər insanın günahları bağışlanır?

Bərat qəndilində nə qədər insanın günahları bağışlanır?

Sual: Bərat (bəraət, barat) gecə ilə əlaqədar belə bir hədis nəql edilir: “Allah Şaban ayının ortasında dünya səmasına enir və Kəlb qəbiləsinin qoyunlarının yunlarının (tüklərinin) sayından da çox olan günahları və yaxud günah edənləri bağışlayır”. Bu hədis səhihdir (mötəbər, düzgün)?

Cavab: Şaban ayının 15-ci gecəsi olan Bərat ilə əlaqədar olaraq Tirmizi və İbn Macənin Sünən adlı hədis külliyatlarında bir neçə hədis mövcuddur. İmam Tirmizi bildirib ki, müəllimi İmam Buxari sizin yuxarıda qeyd etdiyiniz hədisi zəif hədis hesab edib. Bu məsələ ilə əlaqədar olaraq İbn Macənin külliyatındakı hədislər də rəvayət zəncirindəki ravilərin ucbatından hədis alimləri tərəfindən zəif hesab olunub.

Qəndil, qəndil gecələri və ümumiyyətlə, bu məsələ ilə əlaqədar geniş məlumat üçün aşağıdakı yazımızı da oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/422.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.