Müsəlmanlar
Kişi öldü. Arvadı, 1 qızı və 2 oğlu qaldı. Onun mirasını necə pay etmək lazımdır?

Kişi öldü. Arvadı, 1 qızı və 2 oğlu qaldı. Onun mirasını necə pay etmək lazımdır?

Sual: Bir kişi rəhmətə gedib. Özündən sonra arvadı, 1 qızı, 2 oğlu, 6 qardaşı və 1 bacısı qalıb. Bu adamın mirasını varislərin arasında nə cür bölmək lazımdır?

Cavab: Mirası qoyub gedən adamın arvadı mirasın səkkizdə birini özünə götürür. Yerdə qalan şeylər uşaqların arasında oğlanlara 2, qıza 1 hissə olmaqla verilməlidir. Buna əsasən ümumi mirası 40 hissəyə bölmək lazımdır. 5 hissə ölənin arvadına, 7 pay qızına, hər birinə 14 hissə olmaqla da oğullarına verilməlidir.

Miras qoyub gedən adamın uşaqları olduğuna görə qardaş və bacıları ona varis ola bilməzlər. Allah Təala onların bu məsələdəki vəziyyəti ilə əlaqədar olaraq belə buyurur:

“Miras bölgüsü aparıldığı vaxt orada qohumlar, yetimlər və yoxsullar olsa, onlara da ondan  (həmin maldan) verin, özlərinə də gözəl sözlər deyin”. (Nisa, 4/8)

Bunun isə müəyyən bir miqdarı yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.