Müsəlmanlar
İnsanın əqidəsi və ürəyi fitnə-fəsada məruz qala bilər?

İnsanın əqidəsi və ürəyi fitnə-fəsada məruz qala bilər?

Sual: İnsanın dini əqidəsi və qəlbi fəsada düçar ola bilər? Belə bir şey necə baş verir? Ürəyin günahlarla dolub kirlənməyi nə deməkdir?

Cavab: Qurani-Kərimin Mutaffifin surəsinin 14-cü ayəsinə əsasən insanın qəlbi özünün gördüyü günah işlərin nəticəsində bir növ kirlənir. Başqa sözlə desək, paslanır. Allah buyurur:

“Xeyr, xeyr! Onların qazancları ürəklərində pas tutub (onların ürəklərini günah bürüyüb)”. (Mutaffifin, 83/14)

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə demişdir:

“Baxın, bədəndə bir ət parçası vardır; o yaxşı olarsa, bütün bədən yaxşı olar, o xarab olarsa, bütün bədən tar-mar olar. O parça ürəkdir”. (Müslim, Müsəqat, 107)

İş bu həddə çatdıqda ürək ağılın müəyyən etdiyi düzgün şeyləri qəbul etməməyə başlayır. Çünki ağıl həmişə düzgünü düzgün, səhvi də səhv olaraq müəyyənləşdirir. Ürək isə bir növ təsdiq mərkəzidir. Beləliklə, ürək ağıla tabe olub qərar verdiyi vaxt düzgün qərar verir, ağıla deyil, öz mənfəətlərinə əsasən qərara gəldiyi vaxt isə səhv qərar verir. Peşmanlıqlar da bu səbəbə görə baş verir. Əgər ürək (qəlb) düzgün olanı səhv və səhv olanı düzgün hesab edərək qərar verməyə başlasa və ağıla tabe olmasa, fəsada məruz qalır; yəni, korlanır. Təbii olaraq belə bir insanın dini əqidəsi də fəsada düçar olur.