Müsəlmanlar

Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır?

Sual: Ölünün qəbrindən torpaq götürmək və qəbirdən gül-çiçək dərmək dini cəhətdən düzgündür?

Cavab: Ölən bir ailə üzvünün, qohum-əqrəbanın və ya dost-tanışın, eləcə də camaat arasında “Allahın dostu” kimi qəbul edilən övliyaların (seyid, şərif, şıx, əfəndi, baba və sairə) qəbirlərindən (türbə, pir, ocaq, ziyarətgah və oxşar yerlər də bu qəbildəndir) torpaq götürüb evə aparmaq, həmin torpağı saxlamaq və müqəddəs hesab etmək batil, yəni, dində heç bir əsli olmayan inanc və xurafatdan ibarətdir. O torpaqdan bir şey ummaq, başqa sözlə desək, nəsə gözləmək insanı şirk günahına batırır.

Qəbir üstünə getdikdə gül-çiçək aparmaq və onları qəbrin üztünə qoymaq da İslam dini baxımından düzgün deyil. Çünki belə bir şey dində yoxdur. Gül və bu kimi şeylərin ölən insanla heç bir əlaqəsi də yoxdur. Əslində belə işlər qalanların özlərini ovudub təsəlli etməkləri məqsədi ilə görülür. Bu cür adətlər bizim mədəniyyətimizə yaddır. Çünki necə deyərlər, sonradan dürtüşdürülüb.

Qəbir üstünə getməklə əlaqədar, ümumiyyətlə, qəbir ziyarəti barədə geniş məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun:

Pir və ziyarətgahlar

Xurafat və mövhumatlarla, bir sözlə, batil inanışlarla əlaqədar yazımızı isə aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/xurafat-movhumat

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.