Müsəlmanlar
Kişi öldü. Arvadı, 5 oğlu, 2 qızı qaldı. Onun mirasını necə pay etmək lazımdır?

Kişi öldü. Arvadı, 5 oğlu, 2 qızı qaldı. Onun mirasını necə pay etmək lazımdır?

Sual: Ata rəhmətə getdi və özündən sonra 1 arvadı, 5 oğlan və 2 qız uşağı qaldı. Onun mirasını varislərin arasında nə cür bölmək lazımdır?

Ölən adamın arvadı onun qoyub getdiyi var-dövlətin səkkizdə birini almalıdır. Yerdə qalan şeylər isə qız və oğlan uşaqlarının arasında oğlanın 2 qız hissəsi alacağı formada bölünməlidir. Bu məsələni riyazi qaydada belə izah etmək olar:

Mirası 96 yerə bölək. 12 hissə mirası qoyub gedən adamın arvadına verilməlidir. Hər bir oğlan uşağı 14 hissə almalıdır. Hər bir qıza isə 7 pay çatır. 12+70 (5×14)+14 (2×7)=96.