Sual: Qadınlar corab geyinmədən, yəni, yalın ayaqla namaz qıla bilərlər?
Cavab: Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsinə əsasən bir qadının əli, üzü və ayaqlarından başqa bütün bədəni övrət yeri qəbul olunur. Həmin ayə belədir:
“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.
Buna görə də bir qadın namaz qıldığı vaxt əli, üzü və ayaqlarından başqa bütün bədənini örtməlidir. Övrət yeri hesab olunmadığına görə isə ayaq hissəsi açıq qala bilər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.