Sual: İslam dini baxımından çatla məşğul olmaq düzgündür? Ümumiyyətlə, bunun hökmü nədən ibarətdir?
Cavab: Müsəlman bir insan internetdə çatla məşğul olmaq məsələsində çox ehtiyatlı olmalıdır. Bir məsələ ilə əlaqədar məlumat əldə etmək, başqa xalq və mədəniyyətlərin nümayəndəsi olan insanlarla tanış olub, informasiya mübadiləsi aparmaq kimi səbəblərlə çat etmək haqqında: “Bu düzgün deyil”, – demək olmaz. Lakin araşdırmalar sübut edir ki, çat insanlarda müalicəsi mümkün olmayan psixi xəstəliklərə gətirib çıxardır, eləcə də, əxlaqsız hərəkətlərə, əsl adlarını gizlətməklə yalançılığa, əks cinslərlə edilən biabırçı söhbətlərə, seksual pozğunluqlara və ailələrin dağılmasına səbəb olur. Təəssüf ki, vəziyyət belədir. Odur ki, müsəlman bir insan ayıq-sayıq olmalı və bu cür tələlərə düşməməlidir.
Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bildirib ki, insanların çoxu öz boş vaxtlarını qiymətləndirməkdə aldanırlar. Yəni, səhvə yol verirlər. Buna görə də istər kişi, istərsə də qadın olsun, hər bir müsəlman asudə vaxtını faydalı şeylərlə keçirməlidir. Vaxt çox qiymətlidir. Çatla məşğul olmaqla boş vaxtlarını faydasız və lazımsız şeylərə qurban vermək müsəlmana qətiyyən yaraşmır.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.