Sual: Üzrlü bir səbəbə görə qüsul etmək əvəzinə təyəmmüm edən bir şəxs sudan istifadə imkanı yarandığı vaxt qüsul almalıdır? Axı biz dəstəmazın yerinə təyəmmüm edirik. Sudan istifadə imkanı olan kimi dəstəmaz pozulur. Eyni məntiqlə düşünsək, qüsul əvəzinə təyəmmüm alan şəxsin də qüsulu sudan istifadə imkanı yarandıqda pozulur? Deyirlər ki, xeyr, pozulmur. Amma bunu deyənlər konkret bir sübut və məntiqli bir izah gətirə bilmirlər. Bu barədə sizin fikriniz necədir?
Cavab: Fiqh və elmihal kitablarında: “Su tapıldığı vaxt (sudan istifadə imkanı yarandıqda) təyəmmüm batil olur”, – deyilsə də, suyun tapılmağı nəticəsində nə dəstəmaz pozulur, nə də qüsul. Çünki suyun olmağı, yəni, su işlətmək imkanının yaranmağı dəstəmaz və ya qüsul almağı vacib edən bir şey deyil; bu, sadəcə olaraq təzə bir təyəmmüm almağa maneə təşkil edən bir faktordur. Əsl məsələ də bundan ibarətdir.
Dəstəmazı pozan şeylər ayaqyolunda baş verən (ayaqyolundan kənarda olsa belə) şeylərdir. Bunlar yel çıxartmaq, böyük tualet və kiçik tualet ehtiyacını ödəməkdən ibarətdir.
Qüsul etməyi vacib hala gətirən hallar isə bunlardır:
Cinsi əlaqədə olmaq, yuxuda və yaxud oyaq vaxtı qurtarmaq (boşalmaq), eləcə də qadınların aybaşı halı və zahılığın başa çatması.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.