Müsəlmanlar
Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür?

Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür?

Sual: Qurani-Kərim və Sünnədə qeyd edilir ki, ölən insanların bədənlərindəki ətlər çürüyəcək, amma sümükləri qalacaq. Yəni, Allah bizi belə dirildəcək. Ancaq deyirlər ki, bəzi adamların müəyyən müddətdən sonra qəbirlərini açıb baxdıqda onların cəsədlərinin çürümədiyi məlum olur. Belə şeylər qəzetlərdə də yazılır, ordan-burdan eşidirik də. Bu şəxslərin yolunu yüzlərlə insan tutub. Bədənin qəbirdə çürüməməyi bir insanın düzgün yolda olduğunu göstərir? Ümumiyyətlə, belə şey var?

Cavab: Allah Təala belə deyir:

“Sizi torpaqdan yaratdıq. Yenə ona qaytaracağıq və sizi bir dəfə də torpaqdan çıxardacağıq”. (Taha, 20/55)

Yuxarıdakı ayəyə əsasən bütün insanlar nəhayət torpaq olacaqlar. Bədənin qəbirdə çürüməyi müxtəlif fiziki şərtlərdən asılıdır. Təzədən dirilməyə qədərki mərhələdə çürüyüb torpaq olmaq başa çatacaq. Bədənin çürüməyi ilə insanın yaxşı və ya pis insan olmağı arasında bir əlaqə yoxdur. Həqiqətən də, fironların bədənləri öldükdən sonra mumiyalanıb və çürüməyib. Amma Qiyamətdən əvvəlki şərait hazır hala gəldikdə, onlar da çürüyəcək.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.