Müsəlmanlar

Qadınlar meyyit namazı qıla bilərlər?

Sual: Qadınlar da cənazə namazı qıla bilərlər? Əgər qıla bilərlərsə, harada durmalıdırlar? Qabaqda, yoxsa arxa cərgələrdə?

Cavab: Qadınlar meyyit namazı qıla bilərlər. Bunu qadağan edən bir dəlil yoxdur. Əksinə, bəzi sübutlar var ki, qadınlar da cənazə namazı qılıblar. Belə ki, İslam tarixi kitablarında bu barədə qeydlər var. Qadınlar da peyğəmbərimizin (s. a. v.) cənazı namazı mərasimində iştirak ediblər. Qısaca desək, meyyit namazını qılıblar.

Fiqh kitablarında da bu barədə çoxlu məlumat var. Qadınlar meyyit namazı qıla bilərlər. Əgər namazı kişilərlə birlikdə qılırlarsa, ən arxa tərəfdəki cərgədə durmalıdırlar. Bu, Sünnəyə müvafiqdir. Lakin meyyit namazı mütləq qılınmalı olan bir namaz olmadığına görə qadınlar kişilərlə birlikdə, yəni, eyni cərgədə durub və yaxud qabada duraraq qılsalar da, olar. Əlavə olaraq, kişilərin namazı da batil olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.