Müsəlmanlar
Ölənin uşaqları varsa, qardaş-bacıları mirasdan nəsə ala bilərlər?

Ölənin uşaqları varsa, qardaş-bacıları mirasdan nəsə ala bilərlər?

Sual: Mənim atam öldü. Varis kimi anam, mən (oğlan), 1 böyük qardaşım, 2 bacım, 2 əmim və bibim qaldıq. Mirasdan kimin nə qədər pay alacağını öyrənmək istəyirəm. Bilirsiniz ki, indiki dövrdə məhkəmənin qərarı ilə hamı bərabər pay alır. Amma mən çalışacağam ki, özümə düşən hissəni müvafiq şəxslərə bağışlayıb Allahın əmrini yerinə yetirim. Bu barədə nə deyərdiniz?

Cavab: Sizin atanızın mirası, yəni, qoyub getdiyi var-dövlət 2 oğluna və 2 qızına qalıb. Buna əsasən mirası 48 yerə bölmək, 6 pay ölənin arvadına (sizin ananıza), hər birinə 14 pay olmaqla oğlanlara, hər birinə 7 hissə olmaqla da qızlara vermək lazımdır: 6+14+14+7+7=48.

Ölən şəxsin uşaqları ola-ola qardaş-bacıları miras payı ala bilməzlər. Buna görə də sizin əmi və bibiləriniz atanızdan qalan mirasdan pay ala bilməzlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.