Müsəlmanlar
Məscidin qabağında al-ver

Məscidin qabağında al-ver

Sual: Son vaxtlarda bəzi adamlar məscidlərin qabağında ayın-oyun satırlar. Xüsusilə də kolbasa kimi ət məhsulları satılır. Bunları halal adlandırırlar. Sualım budur ki, məscidlərin qabağında al-ver etmək düzgündür? Bununla əlaqədar bir Quran ayəsi və yaxud peyğəmbər hədisi var?

Cavab: Məscidin qabağında al-ver etməyi qadağan edən bir ayə və ya hədis yoxdur. Amma peyğəmbərimiz (s. a. v.) məscidin içində al-ver etməyi qadağan edib. ((Tirmizi, Büyu (al-ver), 77.))

Tirmizinin hədis külliyatındakı bu həsən-qərib hədisə görə bəzi alimlər məscidin içində al-veri caiz hesab etmirlər; bununla yanaşı, bəzi alimlər də hədisdəki illətə əsasən bunu caiz qəbul edirlər.

Qeyd: İmam Tirmizinin işlətdiyi həsən-qərib ifadəsi həmin hədisin nə səhih, nə də zəif olduğunu göstərir. ((İsmail Lütfü Çakan, Hadis Edebiyatı, Marmara Universiteti İlahiyyat fakültəsinin nəşriyyatı, İstanbul, 1985, s. 65.))

Sualınızın digər hissəsinə gəldikdə, ət məhsullarının halallığı və halal sertifikatının nəyə əsasən verilməsi ilə əlaqədar məsələlər mübahisəlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.