Müsəlmanlar
Başından vurulub öldürülən balıqları yemək olar?

Başından vurulub öldürülən balıqları yemək olar?

Sual: Ala balıq vətəgələrində balığı sudan çıxardan kimi başına bir zərbə vurub öldürürlər. Balıq öldükdən sonra bişirir və o cür süfrəyə verirlər. Belə olan halda, həmin balıqları yemək dini cəhətdən düzgündür?

Cavab: İslam dininə əsasən heyvan halal olmağı üçün təzkiyə edilməlidir; başqa sözlə desək, öz qaydasında kəsilməlidir. Əti yeyilən vəhşi heyvanların və yaxud quşların təzkiyəsi isə onların ovlanmağıdır. Lakin balıq bu qrupun xaricində qalır. Bununla əlaqədar bir hədis də var. Belə ki, Abdulla ibn Ömərin rəvayətinə əsasən peyğəmbər (s. a. v.) buyurub:

“Bizə 2 heyvanın ölüsünü yemək halal edildi: Balıq və çəyirtkə”. ((Əhməd ibn Hənbəl, 2/97; İbn Macə, Sayd (ov), 9, Ətimə (yeməklər, yeməli şeylər), 31.))

Balığın təzkiyə olunmadan (kəsilməmiş) yeyilməyi və ölüsünün halal olması bütün məzhəblər tərəfindən də yekdilliklə qəbul olunub. Başqa cür desək, sizin sualınızda qeyd etdiyiniz ala balıqların yeyilməyində də bir problem yoxdur.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2072.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.