Müsəlmanlar
Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var?

Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var?

Sual: Tövratda zina barədə nə deyilir? Zina edənlərə nə kimi bir cəza verilir?

Cavab: Tövratda zina edənlərə verilən cəza barədə Levililərin 20-ci fəslində aşağıdakı hökmlər var:

10 – “Bir şəxs başqa birisinin arvadıyla, yəni, qonşusunun arvadıyla zina etsə, həm onun özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir”.

11 – “Atasının arvadı ilə cinsi əlaqəyə girən şəxs atasının namusuna ləkə vurur. İkisi də mütləq öldürülməlidir. Ölümə layiqdirlər”.

12 – “Bir adam öz gəliniylə cinsi əlaqəyə girsə, ikisi də mütləq öldürülməlidir. Rüsvayçılıq ediblər və ölümə layiqdirlər”.

13 – “Bir kişi başqa bir kişi ilə cinsi əlaqə qursa, onların ikisi də iyrənclik edir. Mütləq öldürülməlidirlər. Ölümə layiqdirlər”.

17 – “Bir şəxs ana və ya ata tərəfindən öz ögey bacısı ilə evlənib, onunla cinsi əlaqəyə girsə, bu bir utancdır. Açıq-aşkar biabır edilib, xalq arasından qovulmalıdırlar. Bir adam öz bacısıyla cinsi əlaqəyə girdiyinə görə günahının cəzasını çəkməlidir”.

19 – “Öz xalanla ya da bibinlə cinsi əlaqəyə girmə. Çünki yaxın qohumunun namusudur. İkiniz də öz günahınızın cəzasını çəkməlisiniz”.

20 – “Əmisinin arvadı ilə cinsi əlaqəyə girən şəxs əmisinin namusuna ləkə vurur. İkisi də günahlarının cəzasını çəkməli və uşaq sahibi olmadan öldürülməlidir”.

21 – “Qardaşının arvadı ilə evlənən adam biabırçılıq edib, öz qardaşının namusuna ləkə vurur. Övlad sahibi olmamalıdırlar”.

Təsniyənin 22-ci fəslində də bu hökmlər var:

22 – “Əgər bir adam başqa birisinin arvadı ilə yatarkən tutulsa, həm o, həm də qadın öldürülməlidirlər. Pislik İsraildən (İsrail oğullarının ailəsindən) uzaqlaşdırılmalıdır”.

23 – “Əgər bir şəxs şəhərdə başqa birisi ilə nişanlı olan bakirə bir qızla qarşılaşıb, onunla yatsa,

24 – Onların ikisini də şəhərin qapısına aparıb, daşlayaraq öldürməlisiniz. Çünki qız şəhərdə olduğu halda, kömək üçün bağırmadı; oğlan da öz qonşusunun arvadıyla cinsi əlaqəyə girdi. Siz aranızdakı pisliyi yox etməlisiniz”.

25 – “Əgər bir adam çöldə-bayırda nişanlı bir qızla qarşılaşsa və onu yaxalayıb təcavüz etsə, yalnız təcavüz edən adam öldürülməlidir”.

26 – “Qıza heç bir şey edilməməlidir. Çünki o qızın ölümə layiq olacağı heç bir günahı yoxdur. Bu vəziyyət qonşusuna hücum edib, onu öldürən şəxsin halına oxşayır”.

Qeyd edək ki, Qurani-Kərimdə zina etmək və zina edənlər haqqında hökmlər bundan olduqca fərqli hökmlərdir. Saytımızda bu barədə geniş məlumat mövcuddur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.