Sual: Bizim peyğəmbərimizə heç möcüzə verilib? Deyirlər ki, verilməyib. Bunu necə izah etmək olar?
Cavab: Peyğəmbərlərin möcüzələri var. Möcüzə elə bir şeydir ki, bir şəxsin Allahın elçisi olduğunu sübut edir. Bir növ sənəddir.
Muhəmməd peyğəmbərin (s. a. v.) möcüzəsi Qurani-Kərimdir. Qurandan xəbərdar olan hər bir kəs başa düşə bilər ki, onu gətirən şəxs Allahın bir elçisidir. Çünki Quran insanın yaza biləcəyi bir kitab deyil. Bu eynilə İsa peyğəmbərin Allahın izni ilə ölüləri diriltməyi, quş heykəli düzəldib Allahın izni ilə ona üfürdükdə heykəlin canlı hala gəlməyi, Saleh peyğəmbərin dəvəsi kimi heç bir insanın oxşarını edə bilmədiyi bir möcüzədir. Lakin həmin quş uçub gedər, dirilən insan təzədən ölər və dəvə də kəsilərsə, bu möcüzələr sonrakı nəsillər üçün möcüzəlik xüsusiyyətini itirər.
Quranın möcüzəliyi daimidir. Onu dünyanın harasında olursa, olsun, kim nə vaxt oxuyub mənasını başa düşsə, bu kitabın bir möcüzə olduğunu və onu gətirən şəxsin peyğəmbər olmalı olduğunu dərk edə bilər. Allah Təala Quranı qoruduğuna görə onun möcüzəliyi Qiyamətə qədər davam edəcək. Quran mövcud olduqca peyğəmbərimiz Muhəmmədin (s. a. v.) Allahın elçisi olduğuna inanmaq məcburiyyəti də olacaq və təzə bir elçiyə ehtiyac qalmayacaq.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.