Sual: Dində ümumi duaya necə baxılır? Ərəfatda hamının birlikdə etdiyi duanı, ümumi süfrə duası və namazlardan sonra oxunan duaları nəzərdə tuturam. Bunların dində bir əsası var?
Cavab: Qünut və yağış duasında (səlatul-istisqa) olduğu kimi, şəri bir dəlilə əsaslanan ümumi dualar etməyin hər hansı bir eybi yoxdur. Bu kimi yerlərdə camaat halında dua etmək olar. Bunun xaricində peyğəmbərdən (s. a. v.) nəql olunan və namazdan dərhal sonra, ölünü dəfn etdikdən sonra, Ərəfatda, yemək yedikdən sonra və sairə kimi hallarda birlikdə dua etməyin mümkünlüyünü bildirən bir rəvayət yoxdur.
Səhih olan cəhət bu kimi yer və hallarda insanın təkbaşına dua etməyidir.
Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.