Müsəlmanlar

Pişik və it alıb satmaq olar?

Sual: İt-pişik alıb satmaq olar? Din buna necə baxır?

Cavab: Dörd məzhəbin (Hənəfi, Hənbəli, Şafii və Maliki məzhəbləri nəzərdə tutulur.) dördü də pişik alverinin caiz (Dini cəhətdən münasib.) olduğunu qəbul edir. Onların bu barədə fikri müsbətdir.

Amma it alverini qadağan edən bəzi hədislər var. (Buxari, Büyu (al-ver), 113; Müslim, Müsəqat, 39/1567.)

Bu hədisləri əsas tutan Şafii və Hənbəli məzhəbləri it satmağı düzgün hesab etmirlər.

Maliki məzhəbi isə Nəsainin külliyatındakı bir hədisə (Nəsai, Büyu, 91) əsaslanaraq ancaq ov itləri (tazı) və qarovulçu itlərinin satılmağını caiz hesab edir.

“Alınıb satılmağı caiz hesab olunan həmin itlərin cərgəsinə indiki dövrdə cinayətkarların tutulması, narkotik maddələrin axtarılıb tapılması, iz axtarmaq və bu kimi məqsədlər üçün istifadə edilən itlər də daxildir”. (Hüsaməddin Əffanə, Fıkhî ve Ahlâkî Yönleriyle İslam’da Ticaret, Türk dilinə tərcümə edən Servet Bayındır, Polen nəşriyyatı, İstanbul, 2007, s. 168.)

Hənəfi məzhəbinin bu məsələ ilə əlaqədar fikri belədir:

“İt elə bir heyvandır ki, ondan istifadə etmək, fayda götürmək olur. İt satmağı qadağan edən hədis İslamın ilk dövrlərinə aiddir. Bu hədis sonrakı dövrdə aradan qaldırılıb. Beləliklə, hər növ itin satışı caizdir”. (Kəsani, Bədaius-Sənai, 5-ci cild, s. 143.)

Qurani Kərimə əsasən isə; nə itin nə pişiyin nə də hər hansı heyvanın alveri haram buyrulmayıb.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.