Müsəlmanlar
Əldəki malı təzə qiymətlə satmaq olar?

Əldəki malı təzə qiymətlə satmaq olar?

Sual: Bəzi adamlar deyirlər ki, əlinizdəki malı təzə qiyməti ilə sata bilməzsiniz. Onu köhnə qiyməti ilə satmalısınız. Bu sözün bir əsli varmı?

Xeyr, bu sözün bir əsli yoxdur. Belə demək qiymətlərin qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirilməsini əmr edən Quran ayəsinə də ziddir. Çünki qiymətlər artdığı halda, satıcıdan əlindəki malları köhnə qiymətlə satmağını tələb etmək onu özünün heç cür razı olmadığı bir satışa məcbur etmək deməkdir. Allah Quranda belə buyurub:

Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla ola bilər (Nisa, 4/29).

Peyğəmbər (s. a. v.) isə bu barədə belə deyib:

“Əgər ürək razılığı yoxdursa, heç kimin malı heç kimə halal olmaz”. ((Əhməd ibn Hənbəl, V/72.))