Müsəlmanlar
Yuxu və yel çıxarmaq dəstəmazı pozur?

Yuxu və yel çıxarmaq dəstəmazı pozur?

Sual: Yuxu və yel çıxarmaq dəstəmazı pozur?

Cavab: Maidə surəsinin 6-cı ayəsinə əsasən ayaqyoluna getmək, yəni, orada ehtiyacı aradan qaldırmaq dəstəmazı pozur. Ayaqyolunda görülən işlərdən biri də yel çıxarmaq olduğuna görə açıq-aşkar məlumdur ki, bu, dəstəmazı pozur.

Yuxuda isə insanın fərqinə varmadan dəstəmazının pozulmuş olması ehtimalının dərəcəsi əsas götürülür. Buna görə də yatıb dərin yuxuya getmək dəstəmazı pozur. Yuxu ilə ayıqlıq arasındakı hal isə pozmur. Oturduğu yerdə yuxulama məsələsində oturuş forması qədər bu şəxsin vəziyyəti dəstəmazın pozulma ehtimalının qüvvətli dərəcəsi də mühümdür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.