Müsəlmanlar
Dövlət qulluqçularının aldıqları maaş halaldır?

Dövlət qulluqçularının aldıqları maaş halaldır?

Sual: Dövlətin gəlirlərinin içində içki və faizdən gələn gəlirlər də var. Bu halda, dövlət qulluqçularının aldıqları maaş halal ola bilər?

Cavab: Dövlət mədaxilinin içində içki və faiz kimi haram şeylərin olmağının dövlət qulluqçularının maaşına bir təsiri yoxdur. Əsas odur ki, işləyən insanın gördüyü iş qanuni olsun. Görülən iş qanuna müvafiq olduqdan sonra alınan maaş da halaldır.

Pul özü haram olmur. Haram olan pulu qazanmaq forması ola bilər. Buna görə də bir nəfərə haram olan pul, başqa birinə haram olmaya bilər. Buna haram li qeyrihi, yəni, özlüyündə haramlıq olmayan, amma qazanmaq formasında haramlıq olan şey deyilir. Bir də haram li eynihi deyilən bir şey var. Yəni, özlüyündə haramlıq olan donuz əti və içki kimi şeylər. Bu kimi şeylər hər bir müsəlmana haramdır. Misal üçün, bir müsəlman özü donuz əti yeyə bilməz. Eynilə bunun kimi, donuz ətini yemək üçün başqa bir nəfərə də verə bilməz.

Bu məsələlərlə əlaqədar olaraq aşağıdakı keçiddə ətraflı məlumat var. Sizin də tanış olmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/900.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.