Müsəlmanlar

Zəkat və fitrəni Ramazan ayında vermək məcburidir?

Sual: Zəkat və fitrəni mütləq Ramazan ayında vermək lazımdır? Məgər başqa vaxt vermək olmaz?

Cavab: Fitrəni mütləq Ramazan ayında vermək lazımdır. Çünki bu tamamilə orucla əlaqədar bir ibadətdir. Peyğəmbərimizdən (s. a. v.) nəql olunan bir hədisdə deyilir:

Kim fitr sədəqəsini bayram namazından əvvəl versə, bu, məqbul bir zəkat olar. Kim də namazdan sonra versə, bu, sədəqələrdən bir sədəqə olar”. ((Əbu Davud, Zəkat, 18.))

Zəkat isə illik bir ibadətdir. İnsan əlindəki pul, mal-mülk, qızıl, heyvan və sairə kimi şeylərdən üstündən bir qəməri il (354  gün) keçdiyi vaxt zəkatını verməlidir. Başqa sözlə desək, zəkat fitrə kimi Ramazana məxsus bir ibadət deyil. Zəkatı Ramazan ayında başqa vaxtlar da vermək olar.

Yeri gəlmişkən, fitrə barədə buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/fitre

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.