Sual: Özəl ali məktəbdə oxuyan bir tələbəyə ailəsinin maddi vəziyyəti yaxşı olsa da, zəkat vermək olar? Ailəsinin maddi vəziyyəti yaxşıdır amma atası eyni zamanda evli oğluna və ailəsinə baxır. Bu səbəbə görə əksər hallarda qızının təhsil ödənişini verməkdə çətinlik çəkir. Əlavə olaraq qızına ehtiyacını ödəmək üçün lazımi miqdarda pul vermirlər, verə bilmirlər. Belə vəziyyətdə olan birinə zəkat vermək olar?
Cavab: Əgər qızın özünə məxsus olan şeylər ehtiyaclarını ödəməyə çatmırsa, ona zəkat vermək olar. Ailəsinin varlı olmağına baxılmır.
Böyük İslam elmihalı kitabında bu məsələ ilə əlaqədar olaraq aşağıdakı məlumatlar verilir:
“Bir şəxs zəkatını və sədəqəsini varlı bir kişinin (həddi-büluğa çatmamış) kiçik uşağına verə bilməz. Çünki uşaq atasının mal-mülkünə görə varlı hesab olunur. Amma bir insan zəkatını varlı bir adamın kasıb və müsəlman olan atasına və ya varlı bir adamın kasıb və müsəlman olan böyük uşağına və ya o şəxsin kasıb və müəlman olan arvadına verə bilər. Çünki bu şəxslər bir fərd kimi təsərrüfat qabiliyyətinə malikdirlər, bir-birlərinin pulu və əmlakı ilə zəngin hesab edilmirlər”. ((Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, Zekat bölməsi, 100-cü başlıq.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.