Müsəlmanlar
Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb?

Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb?

Sual: Vacib, məkruh, müstəhəb, məndub və mübah kimi terminlər necə formalaşıb? Quranda belə şeylər yoxdur. Bunlar bizim üçün nə dərəcədə qüvvədədir?

Cavab: Bu kimi məfhum və terminlər fiqh üsulu, yəni, İslam hüququ metodologiyası elminin formalaşmağı ilə birgə meydana gəlib. Quran və ya Sünnədəki bir hökmün yuxarıda sadalanan şeylərdən hansına daxil olduğunu müəyyən etmək hamının yox, alimlərin işidir. Bu cür təsnifat apara bilməyən insanlar belə məsələlərdə bilənlərə, yəni, alimlərə tabe olmalıdırlar.