Müsəlmanlar
Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir?

Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir?

Sual: Cümə namazında dəstəmazım pozuldu. Məscidin üst tərəfində oturub xütbəyə qulaq asırdım. Bilirəm ki, dəstəmazsız namaz qılmaq olmaz. Ona görə də məsciddən çıxmağa məcbur oldum. Beləcə, Cümə namazını qıla bilmədim. Evə qayıtdım. Çox pis oldum. Bu barədə xeyli fikirləşdim. Mən nə edə bilərdim? Əgər başıma bir də belə bir iş gəlsə, məsciddən çıxmadan təyəmmüm edib namazı qılsam olar?

Cavab: Cümə namazını gözlədiyi vaxt fərzdən qabaq dəstəmazı sınan adam gedib dəstəmaz almalıdır. Namazı qaçırmaq (namaza çata bilməmək) qorxusu ilə təyəmmüm və sairə kimi bir şey edə bilməz. Əgər dəstəmaz alıb qayıtdıqda namaz qurtarmış olsa, həmin adam o günün günorta (zöhr) namazını qılmalıdır. Başqa sözlə, əgər siz həmin günün günorta namazını qıldınızsa, deməli, etməli olduğunuz başqa bir şey yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.