Müsəlmanlar
Qaranlıq düşdüyü vaxt xüftən namazının vaxtı çıxır?

Qaranlıq düşdüyü vaxt xüftən namazının vaxtı çıxır?

Sual: Mənim namazın vaxtı ilə əlaqədar bir sualım var. Namazları gecə zülmət qaranlıq düşənə qədər qılmaq lazımdır, yoxsa zülmət qaranlıq çöksə də, qılmaq olar? Axşam (şam) namazının ardınca dərhal gecə (xüftən) namazını qılmaq olar? Siz bir dəfə qeyd etmişdiniz ki, zülmət qaranlıq çökdükdə xüftən namazının vaxtı başa çatır. Bu məsələni dəqiq öyrənmək istəyirəm.

Cavab: Allah belə buyurur:

“Namazı günəşin qərbə meyl etməsindən gecənin qaralmağına qədər qıl. Bir də dan yerinin ağarması ilə birgə qıl. Çünki dan yerinin ağarması ilə birlikdə olan müşahidə edilir”. ((İsra, 17/78.))

Xüftən namazının adi vaxtı qaranlıq tam çökdüyü vaxt başa çatır. Buna görə də qaranlıq tamamilə çoxaldığı vaxt xüftən namazı qılınıb qurtarmış olmalıdır.

Ehtiyac olduqda axşam və xüftən namazlarını birləşdirmək olar. Bu məsələyə dair geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/1953.html