Müsəlmanlar

Şam qoymaq orucu pozur?

Sual: Bəzən həkimlər (terapevt, ginekoloq və sairə) müalicə vasitəsi kimi fitildən istifadə etməyi məsləhət bilirlər. Oruc tutan bir şəxs şam və fitil kimi şeylər işlətsə, orucu pozulur?

Cavab: Ənənənin fiqh kitablarında qeyd olunanlara əsasən fitil istifadə etmək orucu batil edir.

Lakin Allah oruca yemək, içmək və cinsi əlaqədən uzaq durmaq kimi tərif verib. Fitildən istifadə etmək nə yemək sayılır, nə də içmək! Bu, müalicə məqsədi güdən və ağızdan, yaxud da burundan bədənə daxil olmayan bir şeydir. Buna görə də bizim fikrimiz budur ki, fitil orucu batil etməz.

Amma fitilin istifadə olunmasındakı məqsədi də nəzərə almaq lazımdır. Əgər fitil həqiqətən də, bir xəstəliyin müalicəsi üçün istifadə olunursa, bunun bir eybi yoxdur.

Lakin insana qüvvət verən, qida təmin edən bir fitildirsə, bundan uzaq durmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.