Müsəlmanlar

İynə vurdurmaq orucu pozur?

Sual: İynə vurdurmaq və ya serum qoşdurmaq orucu pozur?

Cavab: Din İşləri Ali İcmasının bu məsələ ilə əlaqədar bir qərarı var. Biz də bu qərarla razılaşırıq:

“İynənin orucu pozub pozmayacağı məsələsi iynənin istifadə edilməsindəki  məqsədə əsasən qiymətləndirilir. İynə adətən ağrını kəsmək, müalicə etmək, orqanizmin müqavimətini artırmaq və qida vermək kimi məqsədlərlə vurulur.

Qidalandırıcı və kefləndirici olmayan iynələr yemək-içmək katqoriyasına daxil olmadığına görə orucu batil etməz.

Amma qida və yaxud kefləndirici iynələr orucu pozur. Xəstəyə serum (xalq arasında gemodez köçürmək, sistem qoşmaq kimi işlədilir və mənası qan və ya limfa zərdabı deməkdir) və ya qan verilməsi də eyni hökmə tabedir”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.