Müsəlmanlar

Oruca niyyət edilməyibsə, yemək-içmək olar?

Sual: Bir müsəlman Ramazan günü oruc tutmaq üçün niyyət etməyibsə, axşama qədər bir şey yeyib içə bilər?

Cavab: Xəstə, səfər üstə və çox qoca olduğu üçün oruc tutmağa gücləri çatmayanlar əgər oruc tuta bilmirlərsə, oruca niyyət də etmirlər. O gün oruc tutanlara qadağan olan şeylər onlara (xəstə, səfər üstə olan və çox qocaya) qadağan deyil.

Lakin yuxarıdakı üzrlü səbəblərdən biri olmadan oruc tutmağa niyyət etməyənlər, unudanlar yenə də səhər heç bir şey yeməyib özlərini oruclu keçirərlərsə, problem yoxdur onlar da oruclu sayılırlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.