Müsəlmanlar
Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur?

Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur?

Sual: Diş çəkdirəndə anesteziya etmək lazım gəlir. Bu da diş ətlərinə və damağa inyeksiya edilən anestezin maddələrlə yerinə yetirilir. Bədənə inyeksiya (iynəvurma) vasitəsilə hər hansı bir şeyi daxil etmək isə orucu batil edir. Anesteziya olmadan diş çəkdirmək isə mümkün deyil. Belə olan halda, diş çəkdirmək oruca nə dərəcədə xələl gətirir? Mən bunu başa düşə bilmirəm, odur ki, xahiş edirəm mənə bu barədə məlumat verin.

Cavab: Qurani-Kərimdə bildirilir ki, orucu yemək, içmək və cinsi əlaqəyə girmək batil edir. İynə vasitəsilə bədənə dərman vurmaq nə yemək sayılır, nə də içmək. Bu səbəbdən orucu batil edən bir şey baş verməz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.