Müsəlmanlar

İftarı necə açmaq lazımdır?

Sual: İftarı necə açmaq lazımdır? Xurma ilə, yoxsa su ilə?

Cavab: Bu məsələ ilə əlaqədar hədislərə və peyğəmbərimizin (s. a. v.) tutumuna baxdığımız vaxt belə məlum olur ki, xurması olanlar xurma ilə, olmayanlar da su ilə iftar edə bilərlər. Daha doğrusu, bu barədə belə bir tövsiyyə var.

Salman ibn Amir Əd-Dabbidən (r. a.) nəql edildiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurub:

“Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”. ((Əbu Davud, Savm, 21; Tirmizi, Zəkat, 26, Savm, 10; İbn Macə, Siyam, 25.))

Ənəs (r. a.) deyib ki, peyğəmbər (s. a. v.) axşam namazından (namazı qılmamışdan) əvvəl bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma tapmasa, quru bir xurmayla iftar edərdi. Quru xurma da tapmasa, bir neçə qurtum su içib iftar edərdi. ((Əbu Davud, Savm, 21; Tirmizi, Savm, 10.))

Burada bir məsələyə fikir vermək lazımdır ki, orucu mütləq xurma ilə açmaq lazım deyil. Belə bir şərt yoxdur və bu, sadəcə olaraq bir tövsiyədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.