Sual: Uşaqları oruc tutmağa nə vaxt öyrəşdirmək lazımdır?
Cavab: Bizim dinimizdə ibadətləri yerinə yetirməklə əlaqədar məsuliyyət dövrü həddi-büluğ vaxtından başlayır. Qızlar onlarda baş verən aybaşı dövründən başlayaraq, oğlanlar isə ehtilam olmağa başladıqları vaxtdan etibarən dinin hökmlərini yerinə yetirməklə məsul hesab edilirlər. Həddi-büluğ vaxtından əvvəl belə bir məsuliyyət yoxdur.
Uşaqları belə ağır məsuliyyətə hazırlamaq ailənin işidir. Namaz qılmaq və oruc tutmaq kimi başlıca ibadətlərə dair məlumatları uşağa 7 yaşdan etibarən verməyə başlamaq lazımdır. 10 yaşına çatmış bir uşaq namaz qılmağı artıq yaxşı bilməli və arasıra oruc tutmağı bacaracaq qədər olmalıdır. Amma uşaqlar həddi-büluğ dövründən əvvəl bu ibadətləri yerinə yetirməklə əlaqədar tam mənada məsuliyyət daşımadıqları üçün onları bunaqətiyyən məcbur etmək olmaz. Əksinə, belə məsələləri onlara münasib bir dillə başa salmaq lazımdır. Bu məsələdə əsas məsuliyyət ata-ananın üzərinə düşür.
Buxaridə qeyd olunan bir rəvayətdə deyilir ki, peyğəmbərin (s. a. v.) əshabələri özlərinin hələ həddi-büluğa çatmamış uşaqlarını oruc tutmağa alışdırır, onların yemək üçün ağladıqları vaxt iftar vaxtına qədər oyuncaqlarla başlarını qatırdılar (Buxari, Savm, 47).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.