Sual: Haram olub olmadığını dəqiq bilmədiyim bir qədər pulum var. Bu pulu xərcləyib yemək ürəyimə yatmır. İstəyirəm ki, ehtiyacı olan bir adama verim. Qayınatamın vəziyyəti çox da yaxşı deyil. Borcları var. Bu pulu ona versəm, olar?
Cavab: Allahın haram etdiyi yollarla pul qazanmaq insanı böyük bir günah və babala batırır. Lakin bu, ancaq həmin pulu qazanan insanla əlaqədar bir haldır. Pulun özü haram bir şey deyil. Haram olan pulu qazanmaq fromasıdır. Həmin adamın dolanışığını təmin etməli olduğu insanlar, o cümlədən dost-tanışları, qohum-əqrəbası və yanında işlətdiyi işciləri bu məsələdə cavabdeh deyillər. Bu insanların qonaq etdikləri şeyləri və verdikləri hədiyyələri qəbul etmək olar.
Sahibi haram puldan heç bir şəkildə istifadə edə bilməz. Dini cəhətdən düzgün deyil. Ona görə də siz haramlıq ehtimalı yüksək olan o pulun məbləğini hesablayıb ehtiyacı olan qayınatanıza verə bilərsiniz. Bu pulu ona verdiyiniz vaxt xətrinə dəyməmək üçün haram pul olduğunu da deməməlisiniz.
Haram və haramın növləri barədə aşağıdakı keçiddən oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/900.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.