Sual: Fitva və təqvanın arasında İslam dinini yaşamağın məsuliyyəti baxımından fərq var? İslamı fitvaya əsasən və ya təqvaya əsaslanaraq yaşamaq məfkurəsi İslam tarixinin hansı dövründə meydana gəlib?
Cavab: Peyğəmbərimizin (s. a. v.) dövründə indiki mənada fitva-təqva ayrı-seçkiliyi yox idi. Peyğəmbər düzgün olan şey nədirsə, onu yerinə yetirir, əshabələr də ona tabe olurdu. Bir problemi olan insanlar dərhal peyğəmbərə müraciət edir və öz işini aldığı fitvaya əsasən görürdü. Yəni, həmin dövrdə fitva eyni zamanda təqva demək idi.
Lakin zaman keçdikcə təsəvvüf ((Təsəvvüf insanın guya ağıl və məntiq vasitəsi ilə qavraya bilmədiyi ilahi həqiqətlərə və qeyb aləminə sezgi və hiss yolu ilə çatmaq və ruhları pis xüsusiyyətlərdən təmizləmək yolu kimi qəbul edilir. Bu cərəyan elmi ədəbiyyatda sufizm və mistisizm də adlandırılır.)) və zahidlik (zühd) anlayışı müsəlman dünyasında hökm sürməyə başlamış, nəticədə fitva-təqva ayırımı yaranmış, təsəvvüfçülər Allahın onlara halal etdiyi şeyləri belə, tərk etməyi bir fəzilət kimi qəbul etməyə başlamışlar. Onlar bunun təqvadan irəli gəldiyini iddia ediblər. Beləliklə də səhv yola üz tutublar. Başqa sözlə desək, fitva və təqva ayırımı deyilən bir şeydən söhbət gedə bilməz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.