Sual: Atamdan qalan mirasdan anama nə qədər pay düşür?
Mirasla əlaqədar Quran ayəsində belə deyilir:
“Etdikləri vəsiyyət və borcdan sonra ərlərinizin əgər uşaqları yoxdursa, qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, qoyub getdiklərinin dörddə biri sizindir. Uşağınız yoxdursa, sizin də etdiyiniz vəsiyyətdən və borc çıxıldıqdan sonra qoyub getdiyinizin dörddə biri onlarındır (arvadlarınızındır). Uşağınız varsa, qoyub getdiyiniz mirasın səkkizdə biri onlarındır”. ((Nisa, 4/12.))
Ayədə altından xətt çəkilmiş yerlərdən də məlum olduğu kimi, bir qadın ərinin mal-mülkünə 2 cür varis ola bilər:
1. Əgər uşaqları olmasaydı, ərinin malının dörddə birinə.
2. Uşaqları varsa (sizin sualınızdan belə başa düşülür ki, uşağı var), ərinin malının səkkizdə birinə varis olur. Yəni, o qədər bir pay alır.
Sizin atanızın uşağı olduğuna görə ananıza atanızın mirasından səkkizdə bir hissə düşür.