Müsəlmanlar
Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər?

Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər?

Sual: Mən xərçəng (rak) xəstəsiyəm və radioterapiya qəbul edirəm. Müalicə müddəti ərzində yuyunmamalıyam. Belə tələb olunur. Müalicə kursu 45 gün çəkir. Bu o deməkdir ki, mən 1,5 ay ərzində qüsül edə bilmərəm. Həkimlərin tələbinə əsasən bədənimdə şüanın verildiyi yerə su vurmaq olmaz. Belə olan halda, mən qüsül almağın əvəzinə təyəmmüm edə bilərəm? Daha doğrusu, nə etməliyəm?

Cavab: Allah Qurani-Kərimdə belə buyurur:

“Allah heç kimə onun gücünün çatdığından artıq bir şey yükləmir”. ((Bəqərə, 2/286.))

Allah dinin buyurduğu məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, bu barədə belə deyir:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz”. ((Maidə, 5/6.))

“(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib”. ((Həcc, 22/78.))

“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”. ((Fəth, 48/17.))

Əgər müalicə müddəti ərzində bədəninizin heç bir yerinə su dəyməli deyilsə, təyəmmüm edə bilərsiniz. Bu, Allahın sizin üçün verdiyi bir asanlıqdır. Amma əgər radioterapiyanın tətbiq olunduğu bədən nahiyəsi çox kiçik bir yerdirsə və bədənin qalan yerlərinin yuyulmağı sizə ziyan etməyəcəksə, o hissəni bir sarğı ilə sarımaq və digər yerləri yumaq lazımdır. Təbii ki, burada əsas məsələ sizə bir zərərin toxunmamağıdır. Əgər hər hansı bir ziyandan söhbət gedirsə, əvvəl də qeyd etdiyimiz kimi, təyəmmüm almağınız lazımdır.

Bu məsələ ilə əlaqədar bir hadisə də peyğəmbərin (s. a. v.) dövründə baş verib. Cabir İbn Abdulladan (r. a.) rəvayət olunduğuna əsasən o belə demişdir:

Bir gün bir səfərə çıxmışdıq. Bizim aramızdan bir adama bir daş dəydi. Başı yarıldı. Sonra bu şəxs ehtilam oldu. Dostlarından soruşdu ki, mənim təyəmmüm etməyimə icazə var? Onlar cavab olaraq dedilər ki, sən sudan istifadə edə bilərsən. Sənə təyəmmüm etmək üçün icazə yolu görmürük. Bunun üstündən həmin adam çimdi və ardınca da öldü. Peyğəmbərin yanına gəlib çatdıqda ona bu hadisə barədə danışdıq. Peyğəmbərimiz belə dedi:

“Kişini öldürüblər! Alllah da onların canını alsın! Bəs bilmirdilərsə, niyə soruşmadılar? Cahilliyin şəfası sualdır (soruşmaq). Ona təyəmmüm etmək bəs idi. Yarasına bir əski bağlamaq və üstündən məsh etmək lazım idi. Sonra da bədəninin qalan yerlərini yumaq lazım idi”. ((Əbu Davud, Təharət (Təmizlik), 125, hədis nömrəsi 336.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.