Müsəlmanlar
Qadın səsi

Qadın səsi

Sual: Qadın səsi haramdır? Müsəlman bir qadının radio və televiziyada veriliş aparmağına dində necə baxılır?

Cavab: Qadının səsi səs olmağı baxımından haram deyil. Qurani-Kərimdə bu barədə açıq-aydın və qəti bir hökm yoxdur. Qadının yad kişilərlə danışdığı vaxt səsini nazikləşdirməyi, nazlana-nazlana, əzilib büzülərək, ədalı və işvəkar tonla danışmağı Əhzab surəsinin 32-ci ayəsində qadağan edilib. Bunun qadağan edilməsinin səbəbi isə səsin övrət olmağı deyil, bu cür danışmağın kişilərdə haram hislər yaratmağıdır.

Böyük hədis alimlərindən İbn Həcər və Ayninin bu barədə fikirləri belədir:

“Zinaya düşmək təhlükəsinin (fitnə) olmaması şərti ilə kölə olmasalar da, cavan qızların mahnılarına qulaq asmaq olar. Çünki peyğəmbər (s. a. v.) “cariyəteyn” hədisində bunu qadağan etməmiş, əksinə, həzrəti Əbu Bəkrin etiraz etməyinə mane olmuşdur”. ((İbn Həcər, Fəthul-Bari, 5-ci cild, s. 115; Ayni, Umdətul-Qari, 5-ci cild, s. 370.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.