Müsəlmanlar

Ərindən boşanmaq istəyən bir qadın nə etməlidir?

Sual: Bir qadın molla kəbinində iftida üçün boşanmaq ixtiyarını kimdən ala bilər? Əgər əri onunla yola getmədiyi halda, inadkarlığına görə boşamırsa, necə olur?

Cavab: Əgər arada rəsmi nikah varsa, qadın məhkəməyə müraciət etməlidir. Rəsmi deyil, sadəcə olaraq molla kəbinindən söhbət gedirsə, o vaxt qadın öz başına qərar qəbul edə bilməz. Özü tərəfindən bir və əri tərəfindən də bir nəfər olmaqla, iki hakimə müraciət etməlidir. Əgər onlar da evliliyin davam etməyəcəyi nəticəsinə gəlsələr, qadına iftida hüququ verirlər. Hakimlərin verdiyi qərardan asılı olaraq qadın da ərindən aldığı mehir və hədiyyələrin hamısını və ya bir hissəsini ərinə verməklə ondan ayrılmaq qərarına gələ bilər. Bunun üçün ərinin icazə verməyinə ehtiyac yoxdur.

Qadının boşanmaq hüququ ilə əlaqədar ətraflı məlumat üçün bu keçidə baxa bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/152.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.