Sual: İslam hüququna əsasən boşanma necə olur? Əgər kişi arvadı ilə yola getmirsə və ailəsinə qarşı məsuliyyətsizdirsə, qadın boşanma tələb edə bilər? Boşanmada mal-mülk necə bölüşdürülür? Evləndikdən sonra əldə olunan mallar nə cür paylaşdırılır? Uşaqlar necə olurlar? Qadın və kişiyə məxsus əmlak necə bölünür? Və uşaqlar üçün aliment ödənirmi?
Qadın ərinə qarşı boşanma iddiası qaldıra bilər. Saytımızda bununla əlaqədar bir yazı var. Həmin yazının keçidi aşağıdakı kimidir:
http://www.muselmanlar.com/arasdirmalar/152.html
Uşaqların dolanışıq xərclərini ödəmək atanın borcudur. Qız uşağının anaya daha çox ehtiyacı olduğuna görə ərə gedənə qədər anasının yanında qalmağı münasibir. Oğlan uşaqları atanın yanında qalırlar. Başqa cür razılaşmağınız da mümkündür. Bu məsələ ilə əlaqədar ətraflı bir cavabı oxumaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/334.html
Mal-mülkə gəldikdə isə, qadına aid olan mallar qadının, kişiyə məxsus olan şeylər də kişinindir. Qadın və kişinin birlikdə istifadə etdikləri şeylər də kişinindir.