Sual: Mən dəstəmaz aldım. Sonra əl və ayaq dırnaqlarımı kəsdim. Dəstəmazım pozuldumu?
Cavab: Dırnaq tutmaq dəstəmazı batil etmir. Dəstəmaz tualetə gedən insanın orada ikən gördüyü işlərin nəticəsində pozulur. Bunlar sidik çıxartmaq (işəmək), böyük tualeti yerinə yetirmək (nəcis ifrazatı) və yel çıxartmaqdır. Yuxu da yel çıxartmağa səbəb olduğuna görə dəstəmazı pozan amillərdən biri kimi qəbul olunur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.