Müsəlmanlar

Siqaret çəkmək dəstəmazı batil edir?

Sual: Siqaret özü murdardır və siqaret çəkmək caiz deyil. Bu səbəbə görə siqaret çəkən bir insanın dəstəmazı pozulurmu?

Cavab: Siqaretin murdar və siqaret çəkməyin caiz olmamağı dəstəmazı batil etməyi demək deyil. Çünki: “Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin” (Maidə, 5/6) ayəsində bildirildiyi kimi, dəstəmaz bədənə daxil olan şeylərlə deyil, ayaqyolunda bədəndən çıxan şeylər nəticəsində pozulur. Odur ki, siqaret çəkmək dəstəmazı pozmur.

Eyni hökm haram olan içkini içən, haram olan digər şeylərə toxunan və yaxud yeyən şəxslər haqqında da qüvvədədir. Bunlar haram olsa da, dəstəmazı sındıran (pozan, batil edən) şeylər deyil.

QEYD: Siqaret çəkməyin dini cəhətdən təhlili ilə əlaqədar sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/653.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.