Sual: Qadınların dəstəmazı kişilərin dəstəmazından fərqli olur? Qadınlar qulaqlardan sonra boyunun arxa hissəsinə məsh çəkirlər?
Cavab: Qadınların dəstəmazı kişilərin dəstəmazından fərqli deyil. Yəni, qadınlar başqa cür dəstəmaz almırlar.
Fərqli olan şey budur: Qadınlar özlərinə dini cəhətdən yad olan kişilərin yanında dəstəmaz aldıqda övrət yerləri olan qollarını və saçlarını aça bilməzlər. Amma kişilər qadınların yanında qollarını və başlarını aça bilərlər.
Boyuna məsh çəkmək isə həm kişilər, həm də qadınlar üçün eyni hökmü əhatə edir. Hər ikisi də zəif bir hədisə əsaslanır. Qısa desək, dəstəmazda boyuna məsh çəkmək şərt deyil. Bununla əlaqədar bir sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1848.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.