Müsəlmanlar

Dəstəmazda boyuna məsh çəkməyin hökmü nədir?

Sual: Dəstəmaz aldıqda boyunu məsh etməyin dində bir yeri var? Məsh çəkdikdə barmaqların arxası ilə çəkilməyinin dini bir əsası var? Mən hədisdə belə bir şey görə bilmədim. Əgər yoxdursa, mahiyyəti nədən ibarətdir?

Cavab: Baş və qulaqlara məsh çəkdikdən sonra əllərin arxası ilə və üç barmaqla təzə suya ehtiyac olmadan boyunu məsh etmək Hənəfi məzhəbinə əsasən dəstəmazdakı sünnə əməllərdən, bəzi alimlərin fikrincə isə müstəhəb əməllərdəndir.

Əhməd İbn Hənbəlin Müsnəd adlı əsərində dəstəmazda boyuna məsh çəkməklə əlaqədar bir hədis var. Lakin hədis alimləri həmin hədisin zəif olduğunu müəyyənləşdiriblər. Buna görə də alimlərin əksəriyyəti (cumhuru-uləma) dəstəmazda boyuna məsh etməyin məkruh olduğunu və bunun dində bir ifrata səbəb olacağını qeyd edirlər. ((Vəhbə Əz-Zuhayli, Əl-Fiqhul-İslami və Ədillətuhu, 1-ci cild, s. 253.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.