Müsəlmanlar
Dəstəmazlı olmayanın hazırladığı xörəyi yemək düzdür?

Dəstəmazlı olmayanın hazırladığı xörəyi yemək düzdür?

Sual: Mənim qardaşımın oğlu dini təmayüllü bir litseydə oxuyur. Əgər dəstəmazım yoxdursa, mənim bişirdiyim xörəkləri yemir. Həqiqətən də, İslam dinində belə bir məcburiyyət var?

Cavab: Xörək bişirmək və yaxud o xörəyi yemək üçün dəstəmaz almağa və ümumiyyətlə, dəstəmazlı olmağa ehtiyac yoxdur. İslam dinində belə bir şərt yoxdur. Abdulla İbn Abbasın rəvayətinə əsasən peyğəmbər (s. a. v.) ayaqyolundan çıxdıqdan sonra onun üçün xörək hazırlamışdılar. Oradakı insanlar soruşdular ki, ey peyğəmbər, sənə dəstəmaz suyu gətirəkmi? Peyğəmbər (s. a. v.) cavab olaraq belə dedi:

“Mənə ancaq namaza durduğum vaxt dəstəmaz almaq əmr olundu”. ((Tirmizi, Ətimə, 40; Əbu Davud, Ətimə, 11.))

Peyğəmbərimiz bu sözü ilə “Ey iman edənlər! Namaz qıdığınız vaxt üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun. Başınıza məsh çəkin, ayaqlarınıza da topuqlara qədər” (Maidə, 5/6) ayəsinə işarə etmiş və namaza durmağın xaricində heç bir iş üçün dəstəmaz almaqla əlaqədar bir buyuruq olmadığını bildirmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.